Azərbaycanda ən çox buğda və arpa hansı rayonlarda səpilib?

18.12.2018 Aqrar
Azərbaycanda 2019-cu ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və cari il dekabrın 1-i vəziyyətinə 891 306,9 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.

Dövlət Statistika Komitəsindən "Kommersant.az"a verilən məlumata görə, səpin aparılmış sahənin 98,3 faizini və yaxud 876 163,6 hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 577 252,5 hektarı buğda, 298 702,1 hektarı arpa, 209,0 hektarı isə çovdar əkinlərinin payına düşür.

Ən çox buğda bitkisi Şəki (43 689,2 ha), Cəlilabad (49 100,0 ha), Füzuli (26 590,0 ha), Şamaxı (23 426,5 ha), İsmayıllı (22 079,0 ha), Qobustan (21 231,0 ha), Hacıqabul (18 767,0 ha) rayonlarında, ən çox arpa bitkisi Şəki (20 348,5 ha), Neftçala (29 485,0 ha), Kürdəmir (26 800,0 ha), Ağsu (13 602,0 ha), Biləsuvar (12 745,0 ha), Şamaxı (11 468,0 ha), Hacıqabul (104 67,0 ha) rayonlarında səpilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 1,3 faiz, o cümlədən arpanın səpin sahəsi 6,5 faiz, çovdarın səpin sahəsi 2,7 dəfə artıb, buğdanın səpin sahəsi 1,2 faiz azalıb.