Kənd təsərrüfatına dövlət dəstəyi ilə bağlı sığorta mexanizminə yenidən baxıla bilər

1 İyun 14:35 Aqrar
Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyi ilə bağlı müəyyən edilmiş sığorta mexanizminə yenidən baxılması təklif edilir.

"Kommersant.Az"ın verdiyi xəbərə görə, belə bir tövsiyə ilə Hesablama Palatası çıxış edib.

“Kənd təsərrüfatı” köməkçi bölməsi çərçivəsində kənd təsərrüfatı əmlakının sığortalanması məqsədi ilə Maliyyə Nazirliyinə 1 mln. manat vəsait nəzərdə tutulub, əvvəlki ildə olduğu kimi 2017-ci ildə də həmin vəsaitin icra edilmədiyini nəzərə alaraq, büdcə vəsaitlərinin nəticəliliyinin təmin olunması məqsədilə kənd təsərrüfatında dövlət dəstəyi ilə bağlı müəyyən edilmiş sığorta mexanizminə, o cümlədən sığorta haqlarının dövlət tərəfindən ödənilən hissəsinə yenidən baxılması və digər dövlət dəstəyi mexanizmləri ilə əlaqələndirilməsini tövsiyə edirik”, - Hesablama Palatasının məlumatında qeyd olunub.