Qazaxda sahibkarlar üçün treninq keçirilib

4 İyun 18:04 Aqrar
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi Qazaxda sahibkarlar üçün treninq təşkil edib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması, sığorta sahəsində mövcud qanunvericilik, maliyyənin idarə edilməsi və üzümçülüyün inkişaf perspektivləri mövzularını əhatə edən treninqdə biznesdə risklərin azaldılması, ekoloji təmiz üzüm istehsalının təşkili prinsipləri, üzümçülükdə məhsuldarlığın və səmərəliliyin yüksəldilməsi yolları və s. barədə iştirakçılar ətraflı məlumatlandırılıb.

"Kommersant" bildirir ki, treninqdə iştirakçılar, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, "Lisenziyalar və icazələr" portalından (www.lisenziya.gov.az) və "Biznesdən-biznesə" elektron platformasından istifadə qaydaları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb, mövzular üzrə təqdimatlar keçirilib.