USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Lənkəranda uzun illik fasilədən sonra ilk dəfə tədarükünə başlanılıb

06.06.2018 İqtisadiyyat
0 0
Uzun illik fasilədən sonra Lənkəran rayonunda bu il ilk dəfə barama tədarükünə başlanılıb.

Rayonda fəaliyyət göstərən "Yaşıl çay" fermer təsərrüfatında barama istehsalı məqsədilə 2016-cı ildə Çin Xalq Respublikasından gətirilən tut tinglərindən ibarət bağ salınıb.

Bu il isə təsərrüfatda müasir yapon-Çin texnologiyası əsasında kümxana tikilib istifadəyə verilib. Kümxanada kümçülərin işini asanlaşdırmaq üçün müasir tikililər quraşdırılıb. Bina istilik və rütubət rejimini ölçmək üçün cihazlarla təmin olunub.

Mayın 4-də fermer təsərrüfatına 16 qutu ipəkqurdu verilib. İlk gündən təcrübəli kümçülər bu işə cəlb edilib. Barama sarınması üçün isə İrandan 1500 metr xüsusi tor gətirilib və barama saxlanan rəflərə qoyulub.

Görülən aqrotexniki tədbirlər öz bəhrəsini verib. Bir aydan sonra təsərrüfatda yaş barama tədarükünə başlanılıb. Tədarük edilən barama "Şəki İpək" ASC-yə təhvil veriləcək.

  • Əvvəlki

    ABŞ-da xarici ticarət kəsiri 7 ayın ən aşağı səviyyəsinə enib

Digər xəbərlər