USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda sarı pendir istehsalına başlanılıb

11.05.2018 İqtisadiyyat
0 0
Azərbaycanda sarı pendir istehsalına başlanılıb.

"Report"un məlumatına görə, bu məqsədlə Saatlı rayonunun Günəşli kəndində süd toplama və emalı müəssisəsi təmir olunaraq yenidən istfadəyə verilib.

Açılış mərasimində ABŞ-ın Azərbaycandakı səfirinin müavini vəzifəsini müvəqqəti icra edən Karter Vilbur, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Saatlı Rayon İcra Hakimiyyətinin nümayəndələri, bələdiyyə üzvləri və yerli sakinlər iştirak ediblər.

Müəssisənin 20 ton saxlanc imkanı var və 400 kq brınza pendiri və 500 kq sarı pendir istehsal etmək gücündədir. Müəssisə 12 700-dən çox sakini olan Günəşli, Nəsimikənd, Fətəlikənd, Şirinbəy və Varxan kəndlərinin yerli iqtisadiyyatının inkişafına kömək edəcək.

Qeyd edək ki, layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan hökuməti tərəfindən həyata keçirilib. Ümumilikdə, ABŞ və Azərbaycan 105 müxtəlif icmada 120 icma layihəsi həyata keçirib.

  • Əvvəlki

    Süd məhsullarında yeni standart - "FERMER SÜDÜ"

Digər xəbərlər