Şəki-Zaqatala bölgəsindəki taxıl sahələrində xəstəlik aşkar olunub

11 May 17:52 Aqrar
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Şəki Rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri Şəki-Zaqatala bölgəsinə məxsus 16 450 hektar payızlıq taxıl əkini sahələrində fitosanitar monitorinq həyata keçiriblər.

"Kommersant.Az"a daxil olan məlumata görə, monitorinqlər nəticəsində 12 700 hektar sahənin sarı pas xəstəliyi ilə əhatə olunduğu müəyyən edilib və götürülən buğda bitkisi nümunələri Dövlət Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin laboratoriyalarına təqdim edilib.

Monitorinqlər zamanı müəyyən olunub ki, aprel ayının II ongünlüyündə havanın temperaturunun orta aylıq normadan aşağı olması və yağmurlar nəticəsində nisbi rütubətin 80-85% olması, buğda sahələrində sarı pas xəstəliyinin (Piccinia Striiformis West) inkişaf etməsinə səbəb olub.

  • Əvvəlki

    Gəncə-Qazaxda fəaliyyət göstərən sahibkarlara 2 mln. manat güzəştli kredit verilib

Digər xəbərlər