Nazir "Aqrolizinq"in qarşısında bir sıra vəzifələr qoyub

11 May 18:43 Aqrar
Bugün Kənd Təsərrufatı Naziriyində nazir İnam Kərimov və “Aqrolizinq” ASC -nin regional nümayəndəlklərinin iştirakı ilə toplantı keçirilib

“Fermerlərlə ən çox təmasda olan və onları dinləyən Aqrolizinqdır. Onlar idarəçiliyi düzgün qurmalı, fəaliyyətləri çevik və operativ olmalıdır. Pambıq və taxıl məhsulları ölkəmiz üçün prioritet sahələrdir və onların vaxtında və itkisiz yığılması məsuliyyəti məhz “Aqrolizinq”in üzərinə düşür. “Aqrolizinq”lə fermer və sahibkarlar arasındakı ünsiyyət qarşılıqlı dialoq üzərində qurulmalıdır. Bunlar bizim əsas fəaliyyət prinsiplərimizdir”, -deyə nazir toplantını açıb.

"Kommersant.Az" xəbər verir ki, toplantıda nazir taxil biçini kampaniası başlamazdan əvvəl “Aqrolizinq” ASC –nin qarşısına qoyulan əsas vəzifələri - mövcud texnikalar mövsumlə bağlı tam işlək vəziyyətdə və taxıl yığımı kampaniyası səmərəli təşkil olunmalı, kombaynların dislokasiasiyası müəyyən edilməli, tarlada texnikalar sürtkü yağları və yanacaqla təmin olunmalı, bitkiləri zərərvericilərdən qorumaq üçün dövri mətbuatda mütamadi olaraq maarifləndirici verlişlər hazırlanmalı və maliyyə nizam- intizamına, səffaflıqa və dövlət vəsaitinə ciddi nəzarət olunmasını toplantı iştrakçılarının nəzərinə çatdırıb.

Sonda nazir İnam Kərimov “Arqolizinq” ASC –yə və onun regional nümayəndəliklərinə öz tapşırıq və tövsiyələrini verib.