"Vaxtı keçmiş borcumuz yoxdur. Varsa, sübut etsinlər" - NAZİRLİYƏ CAVAB

05.12.2018 Bank
Azərbaycan Kredit İttifaqları Assosiasiyasının sədri Cəlil Süleymanov, Kənd Təsərrüfatı Nazirliyinin Kənd təsərrüfatı layihələrinin idarə edilməsi Xidmətinin rəhbəri Mirzə Əliyev tərəfindən haqqında səslənən ittihamlara cavab verib.

Xatırladaq ki, Assosiasiya rəhbəri ötən gün nazirliyin və adı çəkilən xidmətin kredit ittifaqlarının fəaliyyətinə o qədər də diqqət ayırmadıqlarını birdirmişdi. Cavabında Xidmətin rəhbəri Mirzə Əliyev bildirib ki, Assosiasiya sədrinin bu bəyanatı əslində "öz qanunsuz əməllərini ört-basdır etmək" məqsədi daşıyır. M.Əliyev bildirib ki, C,Süleymanovun təsisçisi olduğu "Aran" kredit ittifaqını özünü vəziyyəti ağırdır və böyük məbləğdə problemli borcları var.

Amma C.Süleymanov bu təyanatının düzgün olmadığını bildirir: "Nə mənim, nə də təsisçisi olduğum təşkilatın heç kim qarşısında vaxtı keçmiş borcumuz yoxdur və olmayıb da. Hazırda kreditlərimiz var və onları qrafikə uyğun qaytarırıq. Daha dəqiqi bunlar sahibkarlara verilən kreditlərdir və onlar bizim xəttimizlə alınıb və geri qaytarılır. Vəsaitlərimizin də 95%-i aqrar sahəyə verilib".

Assosiasiya rəhbəri bildirir ki, əgər nazirliyin bununla bağlı sübutları varsa, təqdim etsin.