Azərbaycanda kredit faizləri artıb, depozit faizi azalıb – noyabr üzrə göstəricilər

05.12.2018 Bank
Azərbaycan kommersiya banklarının fiziki şəxslərə verdiyi kredit faizləri 1 noyabr tarixinə artaraq ortalama 17.21%, hüquqi şəxslər üçün isə 9.03% təşkil edib.

Kommersant.az bu barədə Mərkəzi Bankın hesabatına istinad edir.

Hesabata görə, bu rəqəm oktyabrın 1-də 17.19% ətrafında olub.

Xarici valyutada isə fiziki şəxslər üçün nəzərdə tutulan oktyabrın 1-də 15.74% olduğu halda, noyabrın 1-də 15.34%-ə düşüb.

Bankların cəlb etdiyi manatda depozitlərin faizləri noyabra başlarkən fiziki şəxslər üçün 10.19%, hüquqi şəxslər üçün isə 5.30% təşkil edib.

Qeyd edək ki, bu oktyabrın 1-də manatda (ortalama) fiziki şəxslər üçün depozit faizləri 10.30% və hüquqi şəxslər üçün isə 5.55% təşkil edirdi.