Pulunu depozit qutusuna etibar edənlər üçün – SİYAHI, QİYMƏTLƏR

15 May 14:45 Bank
Son illərdə bank xidmətləri arasında depozit seyflərindən istifadə artıb

“Kommersant.Az” xəbər verir ki, hətta bəzi banklar bu xidməti xüsusi olaraq reklam edirlər.

Beləliklə, bağlanan banklar sayəsində bank sektoruna inamı azalan ölkə vətəndaşları yığdıqları vəsaiti və qızıl-zinyət əşyalarını ən etibarlı şəkildə qorumaq üçün depozit seyflərini icarəyə götürürlər. Bu zaman qoyulan vəsait passiv şəkildə qalır, yəni onun üzərinə faiz hesablanmır. Lakin bankın fəaliyyətində hər hansı problem olarsa, depozit qutusundan istifadə edən şəxs həmin vaxt banka gedərək, seyfə qoyduğu vəsaiti və ya qızıl-zinyət əşyasını götürə bilər.

Qiymətlər 15 manatdan 300 manatadək dəyişir

Əmanət seyfi müxtəlif həcmlərdə müştərilərə təklif edilir. Bu zaman müştərilər əmanətlərinin həcmindən asılı olaraq seyflərin həcmini seçir. Həcmindən asılı olaraq seyflərin icarə ödənişi də dəyişir. Azərbaycan banklarında depozit seyfinin qiymətində 1 aylıq ödənişi 15 manata olanı da var, 300 manata olanı da.
Əmanət seyflərinə müştərilər pul, qiymətli əşyalarla yanaşı, vacib sənədlərini də yerləşdirə bilərlər.

Bizdə bu xidmət yoxdur

Apardığımız monitorinqə görə, hazırda 6 bankda depozit seyfi mövcud deyil. Bunlar aşağıdakılardır: “Azərbaycan Sənaye Bankı”, “Bank of Baku”, “Expressbank”, “Naxçıvan Bank”, “Ziraat Bank Azərbaycan”, “Turan Bank”.

Bankların depozit qutularının xidmət haqqı – CƏDVƏL:

Sıra

Bank adı

Depozit qutusunun aylıq ödənişi

1

AccessBank

40 AZN – 1aylıq

2

AFB Bank

15 AZN – 1aylıq

3

AG Bank

25 AZN – 1aylıq

4

Amrah Bank

25 AZN – 1aylıq

5

AtaBank

50 AZN – 1aylıq

6

Azər-Türk Bank

40 AZN – 1aylıq

7

ABB

30 AZN – 1aylıq

8

ASB

Yoxdur

9

Bank Avrasiya

80 AZN – 3aylıq

10

Bank of Baku

Yoxdu

11

Bank Respublika

30 AZN – 1aylıq

12

Bank VTB

60 AZN – 3aylıq

13

Bank BTB

40 AZN – 3aylıq

14

Express Bank

Yoxdur

15

GünayBank

300 AZN – 1aylıq

16

Kapital Bank

45 AZN – 1aylıq

17

Muğan Bank

40 AZN – 1aylıq

18

Naxçıvan Bank

Yoxdur

19

NBC Bank

26 AZN – 1aylıq

20

Nikoil Bank

230 AZN – 12aylıq

21

Paşa Bank

50 AZN – 1aylıq

22

Rabitəbank

20 AZN – 1aylıq

23

Unibank

40 AZN – 1aylıq

24

YapıKredi Bank

27 AZN – 1aylıq

25

Ziraat Bank

Yoxdur

26

Turan Bank

Yoxdur

27

Silk-Vey Bank

Qoyulan məbləğin 2% – 12aylıq

28

Xalq Bank

20 AZN – 1aylıq

  • Əvvəlki

    İKT-nin İnkişafı üzrə Dövlət Fondu indiyə qədər 112 layihəni dəstəkləyib

Digər xəbərlər

18 Sentyabr 17:05 Bank
Dolların sabaha olan məzənnəsi
0 0
18 Sentyabr 09:15 Bank
Dolların bu günə olan məzənnəsi
0 0