İqtisadiyyatımıza kredit qoyuluşunun nə qədərini dövlət bankları həyata keçirib?

10.01.2019 Bank
2018-ci il dekabrın 1-nə ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşunun 14,7 faizini (1 848,7 milyon manat) dövlət bankları həyata keçirib.

"Kommersant.az" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından bildiriblər ki, kredit qoyuluşunun 10 323,4 milyon manatı özəl bankların, 3 385,9 milyon manatı xarici kapitallı bankların payına düşüb. Kredit qoyuluşunun 392 milyon manatını isə qeyri-bank kredit təşkilatları həyata keçirib.