"Kommersant.az" bankın açıqladığı hesabata əsasən xəbər verir ki, bank aktivlərinin həcmini ötən ilin sonu ilə müqayisədə 194.5 mln. manat və yaxud 10,73% artıraraq 2 mlrd. 8 mln. 178 min manata çatdırıb. Bundan başqa bankın cəmi öhdəlikləri 2017-ci ilin analoji dpvrü ilə müqayisədə 171 mln. 894 min manat artaraq 1 mlrd. 725 mln. 702 min manat olub.
"Xalq Bank" ASC 2018-ci ilin 4-cü rübündə 282 mln. 475 min manatlıq cəmi kapital açıqlayıb. Bu da 2017-ci ilin 4-cü rübü ilə müqayisədə 22mln. 636 min manat çoxdur.
KREDİT VƏ DEPOZİT PORTFELİ ARTIB
"Xalq Bank" ASC-nin müştərilərə verdiyi kreditlər kəskin artıb. Belə ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bankın müştərilərə verdiyi kredit 70 mln. 381 min manat artaraq 1 mlrd. 382 mln. 604 min manat olub. Bankın depozit portfeli də artıb. Bankın 2018-ci ilin 4-cü rübündə müştərilərinin depoziti (banklar və digər maliyyə institutları istisna olmaqla) 88 mln. 503 min manat artaraq 1 mlrd. 259 mln. 412 min manat olub.
XALİS FAİZ GƏLİRLƏRİ AZALIB
Bankın xalis faiz gəlirləri 2018-ci ilin 4-cü rübündə 86 mln. 483 min manat olub ki, bu da 2017-ci ilin analoji dövrü ilə müqayisədə 11 mln. 884 min manat çoxdur. Bundan başqa bankın qeyri-faiz gəlirləri 3 mln. 277 min manat azalaraq 9 mln. 585 min manat, qeyri-faiz xərcləri isə 2 mln. 927 min manat artaraq 43 mln. 479 min manat olub.
MƏCMU KAPİTALI ARTIB
Bankın tutumlardan sonra məcmu kapitalı 2017-ci ilin 4-cü rübü ilə müqayisədə 22 mln. 441 min manat artaraq 278 mln. 580 min manat olub. Məcmu kapitalın adekvatlıq əmsalı isə 14% -dən 16% -dək yüksəlib.