USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yapı Kredi Bank Həftə Sonu da Xidmətinizdə

07.02.2019 Bank
0 0
Yapı Kredi Bank Azərbaycan müştərilərini düşünərək həftə sonu da xidmət göstərməkdədir. Belə ki, həftə içində bank əməliyyatlarını çatdıra bilməyən müştərilər həftə sonu Yapı Kredi filiallarına gələrək rahat şəkildə işlərini tamamlaya bilərlər.

"Kommersant.az" xəbər verir ki, hər zaman müştərilərinə dəyər verən Bank, Şənbə və Bazar günü Nərminov filialında həmçinin,Şənbə günü Əhmədli filialındabankçılıq əməliyyatlarını yerinə yetirmək üçün onlara fürsət yaradır. Filiallarda fiziki və hüquqi şəxslərə müxtəlif çeşiddə istehlak və biznes kreditləri rəsmiləşdirmək, əmanət yerləşdirmək, Worldcard müraciət, Worldcard borcödəmə, İnternet Bankçılıq və bu kimi bir çox digər xidmət və məhsullardan faydalanmaq olar.

Filialların ünvanları aşağıdakı kimidir:

NərimanovFilialı

Ünvan: Azərbaycan, Bakışəhəri. TəbrizKüçəsi, 106A (MetroparkTicarətMərkəzi 1–ci mərtəbə)

Tel: həftəiçi : (+994 12) 497 77 95

24/7: *0444

Faks: (+994 12) 566 90 16

Əhmədli Filialı

Ünvan: Azərbaycan,Bakı şəhəri, Əhmədli qəsəbəsi, Sarayevo küç.,3

Tel: həftəiçi : (+994 12) 497 77 95

24/7: *0444

Faks: (+994 12) 370 60 29

“YapıKredi Bank Azərbaycan”-nın digər filial şəbəkələri barədə daha ətraflı məlumatı http://www.yapikredi.com.az/Filiallar.aspx linkindən əldə edə bilərsiniz.

Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq xidmətləri ilə xidmət verməkdədir.