"Kommersant.az" xəbər verir ki, fəaliyyəti dövrü ərzində yenilikçi missiyası ilə ölkənin innovator bankına çevrilən və “İlklərin Bankı” adına sahib olan Bank of Baku, 25 yaşında hədiyyəli yubiley kampaniyasına start verir.
“Sizə Yaxın Bankçılıq” şüarı altında 14 fevral 2019-cu il tarixində 25 yaşına qədəm qoyan bank, 25 illik uzun bir yolda onunla birgə addımlayan və hər zaman sədaqət, sevgi və inamını hiss etdirən müştərilərinə hədiyyələr təqdim edir.
Belə ki, 14, 15, 16 fevral tarixlərində Bank of Baku-nun istənilən filialına yaxınlaşaraq,
“Hədiyyəli Yubiley” kampaniyasından faydalanmaq istəyən müştərilər, bank daxilində yerləşdirilmiş qutulardan bir dəfə seçim etməklə istifadə etdikləri xidmətə uyğun olaraq endirim və ya hədiyyə əldə edəcəklər. Qeyd edək ki, hər kəsin bir xidmət üzrə sadəcə bir dəfə seçim şansı var.
Hər kəsə hədiyyə qazandıracaq kampaniyadan bankın həm köhnə, həm də yeni müştəriləri faydalanacaq. Kampaniyada iştirak etmək istəyən şəxslər Bank of Baku-nun istənilən filialına yaxınlaşa (ünvanlar - https://goo.gl/WWSUpa ) bilərlər.
“Hədiyyəli Yubiley” kampaniyası və ya digər kampaniyalar haqqında ətraflı məlumatla Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq olar.
Daha ətraflı:
145 Məlumat Mərkəzi