Ən sərfəli manat depoziti qəbul edən banklar hansılardır? - SİYAHI

5 İyun 11:45 Bank
Hazırda banklarda müştərilər həm manat, həm də xarici valyuta şəklində depozit yerləşdirə bilirlər. Lakin banklar xarici valyuta ilə qoyulan depozitlərə aşağı faiz təklif edir. Bu, ehtimal olunur ki, son dövrlər manatın stabilliyini itirməsi ilə bağlıdır. Ona görə də banklarda dollar və manatın faiz dərəcələri kəskin fərqlənir. Belə olduqda müştərilər də manat şəklində depozit yerləşdirirlər. Bu il Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı icmala əsasən, bankların ümumilkdə depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.

Kommersant.Az” xəbər verir ki, manat ilə depozit yerləşdirmək şərtləri hər banka görə dəyişir.

Ümumi siyahıdan belə görünür ki, ən sərfəlisi “AtaBank”dır. Ölkədə fəaliyyət göstərən iki bank isə depozit qəbul etmir. Bunlar “Naxçıvan Bank” və “ Melli İran Bankı”dır. “Paşa Bank” isə yalnız öz müştərilərinin depozitlərini qəbul edir.

"Kommersant" siyahını təqdim edir:

Sıra

Bankın adı

Müddət

Faiz

Məbləğ (AZN)

1

AccessBank

24 ay

10%

Min-50

2

AFB Bank

6-12 ay

4-7%

Min - 1000, Max - 1 000.000

3

AG Bank

3-12 ay

4-11%

Min - 100

4

AmrahBank

3-36 ay

3-13%

Min - 500

5

AtaBank

3-60 ay

3-13%

Min - 500, Max - 100.000

6

Azər-Türk Bank

24 ay

8%

Min - 500

7

Azərbaycan Sənayə Bankı

3-12 ay

2-8%

Fərdi baxılır

8

Bank Avrasiya

12-24 ay

9-12%

Min - 1000

9

Bank Respublika

6 -36 ay

6-11,5%

Min - 100

10

Bank of Baku

1-6 ay

8-12%

Min - 500

11

Bank BTB

3-24 ay

4-12%

Min - 100

12

Beynəlxalq Bank

12-36 8-9% Min - 500

13

Bank VTB

3-24 ay

3,4-10%

Min - 100

14

Express Bank

12ay

9%

Min - 500

15

Kapital Bank

12-36 ay

7-9%

Min - 100

16

Günay Bank

12 ay

11%

Min - 500

17

Xalq Bank

3-12 ay

1,5-6%

Min - 1000

18

Nikoil Bank

3-36 ay

2-10%

Min - 100

19

NBC Bank

12 ay

10%

Min - 200

20

Muğan Bank

12 ay

12%

Min - 1000

21

Rabitəbank

3-24 ay

1-12%

Min - 200

22

Unibank

12 ay

11%

Mİn - 50

23

TuranBank

12 ay

11%

Min - 100

24

Bank Silk-Vey

12 ay

2%

Min - 500.000

25

Pakistan Bankı

6-12 ay

3-6%

Min - 5.000

26

YapıKredi Bank

6-36 ay

5-8%

Min - 250

27

Ziraat Bank

3-36 ay

4-8%

Min - 1000