Ən varlı region hansıdır? - RƏQƏMLƏR

5 İyun 14:24 Bank
2018-ci ilin birinci rübündə banklar ümumilikdə 11 milyard 663 milyon 483 min manat kredit verib. Halbuki, 2015-ci ildə banklar bundan 2 dəfə çox, 21 milyard 730 milyon 400 min manat kredit verib.

Kommersant.Az” Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci ilin birinci rübü üzrə yaydığı icmala istinadən xəbər verir ki, kreditlərin 9 mlrd. 615 mln. 68 min manatı Bakı şəhərinin payına düşür. Abşeron iqtisadi rayonunda isə ümumi olaraq 461 mln. 490 min manat kredit verilib. Paytaxt Bakıdan sonra ən çox kredit verən Aran iqtisadi rayonudur ki, burada da bu rəqəm 483 mln. 369 min manat təşkil edib. Dağlıq Şirvan iqtisadi rayonunda isə 64 mln. 760 min manat kredit verilib.

Göstəricilərdən də göründüyü kimi, ötən illərlə müqayisədə regionlar üzrə kredit verilməsində bu il nisbi azalmalar müşahidə olunur.

Digər iqtisadi rayonlara nəzər saldıqda, Gəncə-Qazax iqtisadi rayonunda 433 mln. 652 min manat, Quba-Xaçmaz iqtisadi rayonunda 138 mln. 174 min manat, Lənkəran iqtisadi rayonunda 175 mln. 373 min manat, Şəki-Zaqatala iqtisadi rayonu 133 mln. 620 min manat, Yuxarı-Qarabağ iqtisadi rayonu 49 mln. 509 min manat, Kəlbəcər-Laçın iqtisadi rayonu 305 min manat, Naxçıvan iqtisadi rayonu isə 106 mln. 160 min manat kredit verib.

Qeyd edək ki, kreditlərin 82%-i Bakı şəhərinin payına düşür.