Ən sərfəli istehlak krediti verən banklar - SİYAHI

04.06.2018 Bank
Hazırda banklar kredit portfelini artırmaq niyyətindədir. Buna görə də, bəzi banklar fiziki şəxslər üçün lombard kreditləri, avtomobil kreditləri və nağd pul kreditlərini bərpa edib. Buna baxmayaraq 4 bank istehlak krediti vermir

“Kommersant” banklardan alınan rəsmi məlumatlar əsasında xəbər verir ki, hazıda Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 26-sı istehlak krediti verir. İstehlak krediti verən banklardan bir neçəsində isə sözügedən krediti yalnız bankın öz müştərilərinə şamil edir. Son zamanlarda ümumi olaraq problemli kreditlərin azalmasından sonra banklar kreditləri bərpa ediblər. Bununla da bankların kredit portfelində canlanma yaranıb. Qeyd edəkki, 22 bank bütün fiziki şəxslərə kredit verə bilər. Bu banklar aşağıdakılardır.

Hər kəsə kredit verən banklar
AccessBank, AFB Bank, AmrahBank, AtaBank, Azər-Türk Bank, Bank Avrasiya, Bank Respublika, Bank of Baku, Bank BTB, Bank VTB, Expressbank, Naxçıvan Bank, NBC Bank, Nikoil Bank, Rabitəbank, Unibank, Turan Bank, Xalq Bank, YapıKredi Bank, Melli İran Bankı (Bakı filialı), Pakistan Milli Bankı (Bakı filialı).

“Ayrı-seçkilik” edən banklar ...
İstehlak krediti verən banklardan bir neçəsi yalnız həmin bankda hesabı olan müştərilərə və əmək haqqını həmin bank vasitəsilə alan müştərilərə kredit verir. Beləki, “Paşa Bankyalnız bankda hesabı olan müştərilərə istelak krediti verir. “Beynəlxalq Bank”, “Kapital Bank”, “Azərbaycan Sənayə Bankı” kimi banklardan kredit götürmək üçün yalnız bu bankların kartı ilə əmək haqqı almaq lazımdır.

1500 manat əmək haqqı alırsınızsa, buyrun yaxınlaşın
Banklardan istehlak kreditləri haqqında məlumat alan zaman, Türkiyə bankı olan “Ziraat Bank” (Bakı filialı) -nın
istehlak kredit şərtlərində fərqlilik müşahidə olunub. Belə ki, bankdan istehlak kredit almaq istəyən şəxslərin əmək haqqısı 1500 manatdan çox olmalıdır.

Bərpa olunma vaxtı məlum deyil...
Apardığımız araşdırmalar əsasında məlum oldu ki, “Muğan Bank”, “Günay Bank”, “AG Bank”,
“Silk–Vey Bank”
istehlak kreditlərini müvəqqəti olaraq dayandırıb. Lakin ümumi olaraq banklardan verilən məlumatda bildirilir ki, istehlak kreditlərinin bərpa olunma vaxtı məlum deyil.

Bankların kredit şərtlərin təqdim edirik:

Sıra

Bankın adı

Müddət

Faiz dərəcəsi

Məbləğ

1

AccessBank

6-24ay

29%

500-20.000 AZN

2

AFB Bank

24ay

30%

500-10.000 AZN

3

AmrahBank

3-24ay

27%

300-10.000 AZN

4

AtaBank

36ay

25%

5000 AZN

5

Azər-Türk Bank

48ay

27%

20.000 AZN

6

Bank Avrasiya

18ay

25%

500-5.000 AZN

7

Bank Respublika

36ay

23%

500-10.000 AZN

8

Bank of Baku

3-48ay

29%

20.000 AZN

9

Bank BTB

3-36ay

31%

300-10.000 AZN

10

Bank VTB

3-36ay

23%

300-10.000

11

Expressbank

3-48ay

25%

300-20.000 AZN

12

NBC Bank

36ay

25%

10.000 AZN

13

Nikoil Bank

36ay

25%

500-30.000 AZN

14

Rabitəbank

3-36ay

22%

500-10.000 AZN

15

Turan Bank

24ay

25%

5.000 AZN

16

Unibank

48ay

26%

300-20.000

17

YapıKredi Bank

3-36ay

36%

300-5.000 AZN

18

Xalq Bank

48ay

26%

10.000 AZN

19

Melli İran Bankı

6-24ay

25%

3.000 AZN

20

Naxçıvan Bankı

6-36ay

20%

15.000 AZN

21

Pakistan Milli Bankı

Fərdi baxılır

Fərdi baxılır

Fərdi baxılır