Azərbaycan bankları bu ilin ilk 4 ayında 36 bankomat quraşdırıb

1 İyun 12:15 Bank
Bu il mayın 1-nə olan vəziyyətə görə, Azərbaycanda bankomatların sayı 2 467 olub.

"Kommersant.Az" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, aprelin 1-i ilə müqayisədə 12 ədəd çoxdur.

İlin əvvəlinə nisbətən bankomatların sayı 36 ədəd artıb, son 1 ildə isə 26 ədəd azalıb.