Apreldə bankların müştərilərə verdikləri kreditlər artıb

1 İyun 12:55 Bank
Bankların müştərilərə verdikləri kreditlər aylıq müqayisədə artıb.

"Kommersant.Az"a Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, Mart ayının sonunda 11 milyard 249,6 milyon manat təşkil etmiş kreditlər, Aprel ayının sonunda 11 milyard 422,6 milyon manata yüksəlib.Yəni Apreldə bankların müştərilərə verdikləri kreditlər 173 milyon manat və ya 1,5% artıb.