Əhali banklardakı əmanətlərini artırıb

1 İyun 13:18 Bank
30 Aprel 2018-ci il tarixinə banklarda fiziki şəxslərin (əhalinin) depozitləri 7 milyard 813 milyon manat təşkil edib.

"Kommersant.Az"a Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, Aprel ayında fiziki şəxslərin depozitləri 233,5 milyon manat artıb. 30 Mart 2018-ci il tarixində banklarda fiziki şəxslərin 7 milyard 580 milyon manat depozitləri var idi.

Fiziki şəxslərin 7 milyard 813,5 milyon manat depozitlərinin 5 milyard 407,6 milyon manatını müddətli, 2 milayard 405,9 milyon manatını tələbli depozitlər təşkil edib. Martın sonunda müddətli depozitlər 5 milyard 329,5 milyon manat, tələbli depozitlər isə 2 milyard 250,6 milyon manat səviyyəsində idi.

Həmçinin Aprel ayının sonuna banklarda sahibkarlıqla məşğul olan fiziki şəxlərin 67,9 milyon manat depozitləri olub. Bu rəqəm Martın sonunda 77,2 milyon manat idi.