Nağdlaşma əməliyyatları zamanı əlavə komissiya tutulmayan bank kartları

2 İyun 14:01 Bank
Nağdlaşma əməliyyatları zamanı əlavə komissiya tutulmayan bank kartlarının siyahısı tərtib edilib.

"Kommersant" xəbər verir ki, monitorinq qrupu olaraq tez-tez müraciət etdiyimiz və barəsində araşdırma apardığımız mövzuların başında yəqin ki, bankların debet kartları haqqında olan araşdırmalar gəlir. Bankların bu məhsulu öz kütləviliyi, yəni bütün banklarda təklif edilməsi ilə yanaşı, bəziləri müştərilər üçün maraqlı ola biləcək bir sıra özəlliklərə sahib ola bilir. Öncəki araşdırmalarımızda bu özəlliklərdən olan “cash-back”, “depozit funksiyası” və s.haqqında ətraflı araşdırmaları Sizlərə təqdim etmişdik. Bu dəfə isə, bütün banklar tərəfindən tətbiq edilməsində texniki tərəfdən maneə olmayan, lakin yalnız barmaqla sayılacaq qədər Bankda tətbiq edilən bir funksiyadan “komissiyasız nağdlaşma” funksiyasından söhbət açacağıq. Qeyd etdiyimiz kimi, bu özəlliyi öz kartlarına tətbiq etmək üçün banklar digər funksiyalarda (cash-back, depozit) olduğu kimi əlavə bir texniki dəstəyə ehtiyac duymur, sadəcə müəyyən qədər gəlirlərində keçməli olurlar. Əksər Banklar öz debet kartlarından öz ATM-lərində 1% həcmində nağdlaşma komissiyası tutur. Lakin, bəzi banklarda bu komissiya nəzərdə tutulmayıb və bu müştəriyə öz şəxsi vəsaitini istədiyi vaxt karta yerləşdirmək, istədiyi vaxt heç bir xərcsiz nağd şəkildə istifadə etməyə imkan verir. Aşağıdakı siyahıda, Sizlərə hansı bankların hansı debet kartlarına bu üstünlüyü şamil etdikləri , bu kartların növü və qiyməti haqqında məlumatlar təqdim olunub.

Bank

Hansı kartlarda ATM-də nağdlaşma komissiyası tutulmur?

Kartın növü

Kartın qiyməti

AccessBank

myCard Classic

Visa Classic

3 illik – 20 AZN

myCard Gold

Visa Gold

1 illik – 45 AZN

2 illik – 60 AZN

3 illik – 70 AZN

myCard Platinium

Visa Platinium

1 illik – 60 AZN

2 illik – 80 AZN

3 illik – 100 AZN

Bank of Baku

Bolkart Gənc

MC Standart

1 illik – 7 AZN

2 illik – 12 AZN

3 illik – 16 AZN

Bolkart Ailə

MC Standart

1 illik – 8 AZN

2 illik – 14 AZN

3 illik – 18 AZN

Bolkart Gold

Visa Gold

2 illik – 50 AZN

3 illik – 50 AZN

Bolkart Diamond

Visa Platinium

2 illik – 150 AZN

Express Bank

Expresso Debet

MC Standart Contactless*

4 illik – 5 AZN

Unibank

Albalı Plus Standart

MC Standart

3 illik – 10 AZN/USD/EUR

Albalı Plus Gold

MC Gold

3 illik – 20 AZN/USD/EUR

Albalı Plus Platinium

MC Platinium

3 illik – 30 AZN/USD/EUR

Albalı Plus Contactless

MC Standart Contactless*

3 illik – 12 AZN/USD/EUR

*Contactless funksiyası – kartdan 20 AZN-ə kimi olan əməliyyatların pin-koda ehtiyac olmadan yalnız kartı POS-a yaxınlaşmaqla həyata keçirməyə imkan verən funksiyadır.

Banker.az

  • Əvvəlki

    Gürcüstan prezidenti: Ölkəmizin "TANAP layihəsində iştirakı böyük əhəmiyyətə malikdir"

Digər xəbərlər