Bu bank rekord məbləğdə cərimələndi

05.06.2018 Bank
Avstraliyada "Commonwealth" adlı bank, 2012-2015-ci illərdə həyata keçirdiyi 53 min şübhəli əməliyyatı rəsmilərə bildirmədiyi üçün 600 milyon ABŞ dolları cərimələnib.

"Kommersant" xəbər verir ki, Avstraliyanın Maliyyə Kəşfiyyat Agentliyindən (AUSTRAC) bildiriblər ki, bank şübhəli əmanət, transfer və hesablar üzrə əməliyyatlar barədə rəsmilərə məlumat verməyib.

"Commonwealth" Bank (CBA) çirkli pulların yuyulması və terrorizmə maliyyə dəstəyin qarşısının alınması qanunlarını pozduğunu etiraf edib. Bank məhkəmənin qərarı ilə təxminən 600 milyon ABŞ dolları cərimə ödəyəcək.

Ölkənin ən böyük bankı olan CBA, 2012-2015-ci illər arasında həyata keçirilmiş 53 min şübhəli əməliyyatı rəsmilərə bildirməməkdə günahlandırılır.

Bu cərimənin Avstraliya tarixində bir quruma verilmiş ən böyük cərimə olacağı bildirilir.