"Rabitəbank"ın səhmdarlarından biri bankdakı payını artırıb

6 İyun 10:53 Bank
"Rabitəbank" ASC-nin səhmdarı Rauf Əliyev Bankdakı payını 30%-dən 40,6%-ə çatdırıb.

"Kommersant" xəbər verir ki, O, bu məqsədlə təkrar bazardan "Rabitəbank"ın hər birinin nominal dəyəri 20,29 manat olan 529 217 ədəd səhmini (10 737 812,93 manatlıq) əldə edib.

İnsayder əqdinin bağlanması nəticəsində R.Əliyevin Bankın nizamnamə kapitalındakı payı 41 127 830 manata (2,027 mln. səhmə) çatıb.

Xatırladaq ki, o, həm də "Meqa Sığorta" ASC-nin səhmlərinin 19%-nə nəzarət edir.