USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İstehlak kreditlərində böyük artım

02.07.2018 Bank
0 0
Bankların ev təsərrüfatlarına ayırdıqları xalis kreditlər (ipoteka krediti daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına ayrılmış kreditlər xaric) Mayda kəskin artıb.

"Kommersant" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, Aprel ayı ilə müqayisədə Mayda ev təsərrüfatlarına ayırılmış xalis kreditlər (istehlak kreditləri) 102,2 milyon manat artaraq 3 milyard 6,8 milyon manata çatıb. Bu 2018-ci ildə qeydə alınmış ən böyük artımdır.

Mayda ipoteka krediti daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına ayrılmış kreditlər isə cəmi 8,3 milyon manat artaraq 1 milyard 793.1 milyon manata çatıb.

Beləliklə, cəmi ev təsərrüfatlarına ayrılmış kreditlər (ipoteka krediti daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına ayrılmış kreditlər daxil) 110,5 milyon manat artaraq 4 milyard 799,9 milyon manata yüksəlib.

Ötən ilin sonu ilə müqayisədə isə yanvar-may aylarında ev təsərrüfatlarına ayırılmış xalis kreditlər 137,6 milyon manat, ipoteka krediti daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına ayrılmış kreditlər isə 55,8 milyon manat artıb. 5 ayda cəmi ev təsərrüfatlarına ayrılmış kreditlər isə (ipoteka krediti daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına ayrılmış kreditlər daxil) 193,4 milyon manat artıb.

Aprel ayının sonu ilə müqayisədə Mayda cəmi kreditlər 129,7 milyon manat artaraq 11 milyard 945.5 milyon manata qalxıb. Bu artımın 85%-i ev təsərrüfatlarına ayrılmış kreditlərin artması hesabına yaranıb.

milyon manatla

İL

Cəmi

Ev təsərrüfatlarına

o cümlədən daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla)

2017 Dekabr

11757.8

4606.5

1737.3

Yanvar 2018

11656.1

4522.8

1707.8

Fevral 2018

11561.1

4575.3

1761.5

Mart 2018

11663.5

4635.1

1777.9

Aprel 2018

11815.8

4689.4

1784.8

May 2018

11945.5

4799.9

1793.1