USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nəhəng bankdan Dollar/TL-də 5 proqnozu

02.07.2018 Bank
0 0
ABŞ-ın investisiya bankı "Morgan Stanley" ilin son rübündə Dollar/TL (Türk lirəsi) məzənnəsinin 5 səviyyəsini aşacağını nəzərdə tutur.

"Kommersant" xəbər verir ki, seçkilərdən sonra ilk Dollar/TL proqnozlarını açıqlayan bankın proqnozlarına görə, bu ilin üçüncü rübünün sonunda Dollar/TL məzənnəsi 4,90 səviyyəsində olacaq. Bankın qiymətləndirmələrinə görə, ilin 4-cü rübünün sonunda isə Dollar/TL 5,05 lirə olacaq. Bank bu proqnozları ilə seçkilərdən sonra Dollar/TL proqnozları açıqlayan qurumlar arasında 5 səviyyəsini ilk tələffüz edən qurum olub.

Bankın qiymətləndirmələrinə görə, 2019-cu ildə Dollar/TL məzənnəsi mərhələli olaraq geri çəkiləcək. Bank 2019-ci ilin ilk rübünün sonunda məzənnəni 5 səviyyəsində, ilin ikinci rübündə isə 4,85 səviyyəsində reallaşmasını gözləyir. 2019-cu ilin sonunda isə bank yenidən 5 səviyyəsini nəzərdə tutur.

İLİN İKİNCİ RÜBÜNDƏN SONRA YAVAŞLAMA GÖZLƏYİR

Türkiyə iqtisadiyyatının ilk rübdə 7,4 faiz olmaqla güclü bir böyümə göstərdiyinə işarə edən Morgan Stanley, ancaq 2018-in ikinci rübündən etibarən artımın ləngiməsini gözlədiklərini bildirib.

Son dövrdəki pul siyasətinin sərtləşdirilməsi və bazar oynaqlığına görə Türkiyə iqtisadiyyatında artımın 4 faiz ətrafına və ya aşağı düşəcəyini nəzərdə tutduqlarını qeyd edən "Morgan Stanley", "İqtisadiyyatda daha çox ləngimə isə, maliyyə siyasətlərinin 2018-in ikinci yarısındakı istiqamətinə bağlı olacaq" deyib.

Türkiyə üçün 2018-ci il üzrə ÜDM artımı proqnozunu 4,2 faiz olaraq davam etdirən "Morgan Stanley", bu proqnoz üçün risklərin açıq şəkildə aşağı yönlü olduğunu vurğulayıb.