USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu bank Dünya Çempionatında vurulan qolların sayına uyğun kredit faizlərini endirir

02.07.2018 Bank
1 0
Futbol üzrə Dünya Çempionatının 1-15 iyul tarixlərində keçiriləcək oyunlarında vurulan qollar sadəcə rəqibləri deyil, faizləri də yenəcək.

Belə ki, Azər Türk Bankın mətbuat xidmətindən “Kommersant”a verilən məlumata görə, göstərilən tarixlərdə baş tutacaq qarşılaşmalarda vurulan hər bir qola görə istehlak kreditləri üzrə faiz dərəcəsi endiriləcək.

Gün ərzindəki oyunlarda qapılardan keçən topların sayı hesablanıb illik faiz dərəcəsindən çıxılacaq.

Daha ətraflı məlumatı http://azerturkbank.az/campaigns/soccer/ saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.