"NBC Bank" işçi axtarır - VAKANSİYA

2 İyul 19:55 Bank
NBC Bank Biznes və İstehlak kredit mütəxəssisi üzrə vakansiya elan edir
İş barədə məlumat– Bankın kredit məhsulları barədə müştərinin məlumatlandırılması
– Hüquqi və fiziki şəxslərin kredit müraciətlərinin qəbulu, təhlili və sənədləşdirilməsi
– Müraciətlərin Bankın kredit komitəsinə çıxarılması və müdafiəsi
– Müştərilərlə kredit, girov və digər müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi
– Banka perspektiv müştərilərin cəlb edilməsi, keyfiyyətli kredit portfelinin formalaşdırılması
– Kredit və girovların monitorinqinin həyata keçirilməsi
– İş qrafiki I-V (09:00-dan 18:00-dək), VI (10:00-dan 15:00-dək)

Namizədə tələblər– Ali təhsil (iqtisadiyyat sahəsi üzrə)
– Bank sektorunda Kredit mütəxəssisi kimi ən azı 1 illik iş təcrübəsi
– Kredit verilməsi barədə nəzəri və praktiki bilgilərə malik olma
– İnsanlarla ünsiyyət qurma bacarığı
– Hesabatların hazırlanması, dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma
– Analitik qabiliyyət
– Azərbaycan və rus dillərində səlist danışıq bacarığı
– MS Office proqramlarında işləmə bacarığı

Vakansiyanın adını mövzu hissəsəsinə yazaraq hr@nbcbank.az ünvanına göndərin.