“Bank of Baku” müştərisini məhkəməyə verdi - SƏBƏB

3 İyul 11:00 Bank
“Bank of Baku”, kredit müqaviləsi üzrə mübahisələrə görə müştərisini məhkəməyə verib.

“Kommersant” xəbər verir ki, prosesdə iddiaçı qismində iştirak edən bank 1-ci iqtisad məhkəməsini uduzduğu üçün müştərisi Quliyev Anar Elxan oğlunu Ali Məhkəməyə verib.

Qeyd edək ki, bu gün Əsəd Mirzəliyevin sədrliyi ilə keçiriləcək məhkəmədə “Bank of Baku” iddiaçı qismində iştirak edəcək.