Bankın idarə heyətində təyinat olub

11 Avqust 10:20 Bank
"Turanbank"ın rəhbərliyində dəyişikliklər baş verib.

"Kommersant.az" "Trend"ə istinadən xəbər verir ki, bankın Müşahidə Şurasına Abid Məmmədov qəbul edilib.

Bundan başqa, bankın informasiya texnologiyaları üzrə baş direktoru Bəxtiyar Məmmədov İdarə Heyətinə daxil edilib.

Şamxal İmanov isə bankın Xəzinə Departamentinin direktoru vəzifəsini icra edən təyin olunub.