Banklarda işçilərin sayı nə qədərdir?

06.09.2018 Bank
Siyahıda qeyd olunan banklarda işçilərin sayı artıb.

"Kommersant.az" xəbər verir ki, bir neçə bankda işçi sayında artım müşahidə olunur.

"Kapital Bank"-dan verilən məlumata əsasən, cari ilin yanvar ayı ilə oktaybrın sonuna olan müqayisədə işçi sayını 69 nəfər artıraraq 1354 nəfərə çatdırıb.

"Unibank" isə işçi sayını 25 nəfər artırıb. Belə ki, bankın işçi sayı ilin əvvəlində 1345 nəfər, avqust ayında isə 1370 nəfər təşkil edib.

"AFB Bank"-ın işçi heyəti 300 nəfər təşkil edir. Cari ilin əvvəlində 250 nəfərlik işçi sayına sahib olan bank, oktyabr ayının sonuna qədər 50 nəfərlik artımla işçi sayını 300 nəfərə çatdırıb.

Qeyd edək ki, digər bankların da işçi sayları haqqında yaxın günlərdə məlumat verəcəyik.