“Bank VTB Azerbaijan”da yeni təyinat olub

10 May 10:32 Bank
“Bank VTB (Azerbaijan)” ASC-nin Marketinq Departamentinə yeni direktor təyin edilib.

Kommersant.Az” xəbər verir ki, bu, Nigar Kərimovadır.

O, bundan əvvəl “Rabitəbank” ASC-nin Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,815 mln. manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin İdarə Heyətinin sədri) məxsusdur.