EBRD ÜDM Azərbaycanda artımı ilə bağlı proqnozunu yüksəldib

10 May 11:55 Bank
Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank for Reconstruction and Development, EBRD) bu il Azərbaycanda ÜDM-in 2,5% artacağını proqnozlaşdırır.

"Kommersant.Az" xəbər verir ki, bu barədə EBRD-nin "Regional Economic Prospects" adlı hesabatında deyilir.

Bu, Azərbaycanda iqtisadi artımla bağlı AYİB-in əvvəlki proqnozundan 0,5% çoxdur. Belə ki, ötən ilin noyabr ayında EBRD 2018-ci ildə Azərbaycanda ÜDM-in 2% artacağını proqnozlaşdırıb.

EBRD-nin proqnozuna əsasən, 2019-cu ildə Azərbaycanda ÜDM 3,5%, 2020-ci ildə isə 0,5% artacaq.

"Neft hasilatının sabitləşməsi fonunda Azərbaycanda mütəmadi olaraq iqtisadi artımın olacağı gözlənilir", - deyə hesabatda vurğulanıb.

  • Əvvəlki

    Fermerlərdən taxıl və yem bitkilərinin alışına başlandı

Digər xəbərlər

18 Sentyabr 17:05 Bank
Dolların sabaha olan məzənnəsi
0 0
18 Sentyabr 09:15 Bank
Dolların bu günə olan məzənnəsi
0 0