"Rabitə Bank" ASC 4 nəfəri məhkəməyə verdi

8 Noyabr 09:39 Bank
"Rabitə Bank" kredit müqaviləsi üzrə mübahisələrə görə 4 nəfəri ali məhkəməyə verib.

"Kommersant.az" xəbər verir ki, bankın iddiaçı qismində iştirak edəcəyi ali məhkəmədə cavabde qismində Ağamirova Əsmər Miriş qızı, Şükürova Sahibə Şahlar qızı, Ağamirov İbrahim Miriş oğlu və Ağamirov Miriş İbrahim oğlu iştirak edəcək.

Məhkəmə bu gün saat 15:10 -da İlqar Xələfovun sədrliyi ilə keçiriləcək.