Bankın səhmləri ticarətə buraxılır

8 Noyabr 11:01 Bank
“AGBank” ASC-nin səhmləri “Bakı Fond Birjası” QSC-də (BFB) listinqə daxil edilib.

“Kommersant.az” BFB-yə istinadən xəbər verir ki, qiymətli kağızların ticarəti 13-22 noyabr tarixlərində həyata keçiriləcək.

Ticarətə hər birinin nominal dəyəri 2 manat olan 2,9 milyon ədəd səhm buraxılacaq. Prosesin yekununda “AGBank”ın nizamnamə kapitalı 5,8 milyon manat və yaxud 5,6% artaraq 103,4 milyon manatdan 109,2 milyon manata çatmalıdır.

Səhmlərin yerləşdirməsi üzrə anderrayter “Unicapital İnvestisiya şirkəti” QSC-dir. Ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.