"Bank Respublika" mükafatlandırıldı

19.11.2018 Bank
"Bank Respublika" ASC daha bir mükafat alıb.

"Kommersant.az" xəbər verir ki, noyabrın 15-16-da Bakıda keçirilmiş “Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid” adlı III Beynəlxalq Bankçılıq Forumuna göstərdiyi dəstəyə görə Bank xüsusi diplomla mükafatlandırılıb.

Mükafat "Bank Respublika"nın Marketinq və kommunikasiyalar üzrə meneceri Çingiz Əsədova təqdim olunub.