Xaricilərin Azərbaycan banklarında nə qədər pulu var?

14.05.2018 Bank
Xaricilərin Azərbaycan banklarındakı pullarının həcmi artmağa başlayıb.

"Kommersant.Az" xəbər verir ki, bu il aprelin 1-nə olan məlumata görə, xarici vətəndaşların buradakı vəsaitlərinin həcmi 751 milyon manat olub. Vəsaitlərin 98 milyon manatı milli valyutada, 653 milyon manatı isə xarici valyutada saxlanılır.

Müqayisə üçün deyək ki, qeyri-rezidentlərin Azərbaycan banklarındakı vəsaitlərinin ən böyük həcmi 2015-2016-cı ildə qeydə alınıb: 2 milyard 233 milyon və 967 milyon manat. 2016-cı ilin sonundan isə vəsaitlərin həcmi düşməyə başlayır. Görünür, bu da dolların kursunda yaranan stabilliklə bağlıdır. Çünki xaricilərin vəsaitləri əsasən dollarla ifadə olunur və 2017-ci ilin əvvəlindən kursun düşməsi nəticəsində vəsaitlərin manatla ifadəsində göstərici azaldı.

Qeyd edək ki, Azərbaycan banklarında vəsaitləri olan xaricilər ölkəmizin ərazisində işləyən əcnəbilərdir.