USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avstriya rəsmisi: "Azərbaycanın logistika üzrə texnologiyalara ehtiyacı var"

17.05.2018 İqtisadiyyat
0 0
"Avstriya Azərbaycanla iqtisadi əməkdaşlıq etməkdə maraqlıdır".

"Kommersant.Az" xəbər verir ki, bunu Azərbaycan-Avstriya biznes forumu çərçivəsində jurnalistlərə açıqlama verən Avstriya Federal İqtisadiyyat Palatasının Cənub-Şərqi Avropa və Qafqaz İdarəsinin rəisi Konstantin Bekos deyib.

"Azərbaycan bizim üçün mühüm tərəfdaşdır. Biz Azərbaycandan neft alırıq, əvəzində texnologiyalar ixrac edirik. Bu gün keçirilən biznes forum xüsusi əhəmiyyət daşıyır. Tədbir bizə əməkdaşlığımızı genişləndirmək və qarşılıqlı təcrübədən yararlanmaq imkanı verir. Bir sıra Avstriya şirkətləri regionun potensialını araşdırmaq üçün bura gəlirlər. Azərbaycanda böyük layihələr həyata keçirilir. Azərbaycanın logistika üzrə texnologiyalara ehtiyacı var. Avstriya şirkətləri də həmin texnologiyalara investisiya yatırmaqda maraqlıdılar", - o bildirib.

Bundan başqa, onun sözlərinə görə, İpək Yolu layihəsi Avstriyanı da maraqlandırır: "Bu, Çinlə Avropanın birləşməsidir".