USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət Reklam Agentliyi gözlənilən yenilikləri açıqlayıb

06.06.2018 İqtisadiyyat
0 0
Dövlət Reklam Agentliyinin direktoru Aydın İbadov gözlənilən yenilikləri açıqlayıb.

O bildirib ki, reklam yayıcılarına yüksək səviyyəli və şəffaf xidmətlərin göstərilməsi, mövcud prosedurların sadələşdirilməsi məqsədilə elektron müraciət sisteminin yaradılması yönündə müvafiq işlər yekunlaşmaq üzrədir:

"Göstərilən xidmətlərin əlçatanlığının artırılması məqsədilə "Reklam daşıyıcılarının onlayn qeydiyyatı" sistemi tezliklə agentliyin rəsmi internet səhifəsinin tərkib hissəsi olaraq istifadəyə veriləcək. Hər bir reklam yayıcısı səhifədə qeydiyyatdan keçməklə reklam yayımı xərclərini hesablaya və yeni reklam qurğularının qeydiyyatı üçün müraciət edə biləcək".

Aydın İbadov əlavə edib ki, Agentliyin müfəttişlərinin innovativ texnologiyalarla təchiz olunması istiqamətində görülən işlərin tərkib hissəsi olaraq, qurum üçün xüsusi hazırlanmış reklam səthini məsafədən ölçmə cihazı da tezliklə istifadəyə veriləcək. Həmçinin ərazinin 360° görüntüsünü təsbit edən texnologiyaların istifadəsi reklam daşıyıcılarının tənzimlənməsi və nəzarətini asanlaşdıracaq. Bu istiqamətdə hazırda beynəlxalq təcrübə araşdırılır. Agentliyin fəaliyyətinə dair sualların operativ cavablandırılması, inzibati-hüquq pozuntuları barədə telefon zənglərinin, habelə agentliyin rəsmi internet səhifəsi və sosial şəbəkələrdəki səhifələri vasitəsilə daxil olmuş müraciətlərin qəbul edilməsi məqsədilə yaxın zamanda çağrı mərkəzinin fəaliyyətə başlaması da nəzərdə tutulur.

Aydın İbadov əlavə edib ki, açıq məkandakı reklamlarda dövlət dili və dövlət rəmzləri ilə bağlı səhvlərə yol verilməyəcək

  • Əvvəlki

    Adambaşına düşən balıq istehlakı 20 kiloqramı keçib

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0