Marketoloqların toplantısı keçirilib - MEET-UP

02.10.2018 Biznes
Azərbaycan Marketinq Kommunikasiyaları Assosiasiyası tərəfindən "Meet-up" formatında təşkil olunan və "İlin əsas marketinq tədbiri" devizi altında görüş keçirilib.

"Kommersant.az" xəbər verir ki, "Qafqaz Sport Hotel"də baş tutan tədbirdə 100-dən artıq qonaq iştirak edib.

MKA-nın İdarə Heyətinin sədri Namiq Bayramovun moderatorluq etdiyi tədbir 2 hissədən ibarət olub. İlk hissədə iştirakçılar 2 spikerin, "McCann Baku" reklam agentliyinin direktoru Elnur Nurəliyevin və "PeopleBrand" reklam agentliyinin direktoru Emin Quluzadənin praktik keyslərə söykənən maraqlı çıxışlarını dinləyiblər. İkinci hissədə isə həm spikerlər, həm də, moderator iştirakçıların yetərincə çətin və maraqlı suallarına tuş gəliblər.