USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Agentlik sahibkarlara müraciət edib - MƏTN

11.10.2018 İqtisadiyyat
0 0
Qida Təhlükəsizliyi Agentliyi aqrokimyəvi maddələr və pestisidlərin idxalı ilə məşğul olan sahibkarlara müraciət edib.

"Kommersant.az" müraciət mətnini təqdim edir:

"Dəyərli iş adamları!

Məlum olduğu kimi, Azərbaycan Respublikasının ərazisində bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunması, o cümlədən ətraf mühitin və əhalinin sağlamlığının mühafizə edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan aqrokimyəvi maddələrin və pestisidlərin müvafiq keyfiyyət standartlarına uyğunluğuna və bitki mühafizə vasitələrini müşaiyət edən sənədlərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada təqdim edilməsinə nəzarət Qanunvericiliyin tələblərinə əsasən dövlət qeydiyyatına alınmamış pestisidlərin və aqrokimyəvi maddələrin Azərbaycan Respublikasının ərazisinə idxalına icazə verilmir.

Bildirilir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yalnız dövlət qeydiyyatına alınmış, istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilmiş, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan və müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlərin və aqrokimyəvi maddələrin idxalına icazə verir.

Agentlik bu sahədə fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq edir ki, pestisid və aqrokimyəvi maddələri müşaiyət edən sənədlər qanunvericiliyə uyğun qaydada təqdim edilmədikdə bu maddələrin ölkəyə idxalına icazə verilmir."

  • Əvvəlki

    İran ABŞ sanksiyalarına qarşı

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0