Şərabımız daha bir ölkədə satılacaq

6 Noyabr 18:34 Biznes
“Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların xarici ölkələrdə tanıdılması məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyası bu gün Bolqarıstanın paytaxtı Sofiyaya yola düşüb.

Bu barədə “Kommersant.az”a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, noyabrın 9-na qədər davam edəcək missiyaya qida məhsulları, şərab və digər spirtli içkilər istehsalı sahəsində fəaliyyət göstərən 25 yerli şirkətin nümayəndəsi daxildir. Missiya çərçivəsində Azərbaycan ixracatçıları görüşlər keçirəcək, ixrac məsələlərinə dair müzakirələr aparacaqlar.

  • Əvvəlki

    Yeni agentlik yaradılır - FƏRMAN

Digər xəbərlər

9 Noyabr 11:51 Biznes
ABŞ-ın silah satışı artıb
0 0
8 Noyabr 16:40 Biznes
Azərbaycan Çində şərab evi açdı
0 0
8 Noyabr 15:38 Biznes
"Netflix" Hindistanda serial çəkir
0 0