"Toshiba" maye qaz bazarından çıxır

8 Noyabr 12:59 Biznes
"Toshiba", ABŞ maye qaz bazarından çıxır.

"Kommersant.az" xəbər verir ki, Yaponiya şirkəti, "Toshiba America LNG Corporation" adlı törəmə şirkətini 2019-cu ilin martında satmaq niyyətindədir. Şirkətin açıqlamasına əsasən, qərar "Toshiba"nın azalan gəlirləri fonunda verilib. Belə ki, bu ilin sentyabrında şirkətin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 80,7%-ə düşüb.

Belə olan təqdirdə "Toshiba", Böyük Britaniyada Atom Elektrik Stansiyası sahəsində fəaliyyət göstərən daha bir törəmə şirkətini satmağı planlaşdırır. Növbəti 5 ildə isə şirkət 7 minə qədər əməkdaşını ixtisara salmaq istəyir.