"Gənclik Mall"da işıqlar kəsildi, kafelər bağlandı - FOTOLAR

24.11.2018 Biznes
Artıq bir neçə saatdır ki, "Gənclik Mall" elektrik enerjisindən məhrum qalıb.

"Kommersant.az" xəbər verir ki, "Gənclik Mall"da iaşə obyektlərinin fəaliyyət göstərdiyi 4-cü mərtəbədə işıqlar kəsilib. Qaranlığa qərq olan mərtəbədə bir neçə kafe fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Hazırda isə sözügedən alış-veriş mərkəzinin 4-cü mərtəbəsində 2-3 kafe fəlaiyyət göstərir.

Qey edək ki, məsələ ilə bağlı "Gənclik Mall" rəsmiləri suallarımızı cavabsız qoyduğu üçün məsələnin səbəbini öyrənə bilmədik.