USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Telman İsmayılov itirdiyi ticarət imperiyasından söz açdı - VİDEO

25.11.2018 İqtisadiyyat
0 0
Rusiyanın NTV telekanalının "Yeni rus sensasiyaları” proqramı iş adamı Telman İsmayılovdan müsahibə alıb.

"Kommersant.az"-ın verdiyi xəbərə görə, iki sifarişli qətldə şübhəli bilinən oliqarx iddia edir ki, telekanalların kriminal xronikada nümayiş etdirdiyi "Çerkizov" bazarına heç bir aidiyyatı yoxdur.

"Siz başqa obyektləri, başqa bazarları göstərirdiniz, amma məndən danışırdınız. Guya orada zirzəmi var... Mənim heç vaxt zirzəmim olmayıb! Kazinom olmayıb! Kimdəsə narkotik tapanda mühafizə işçiləri mükafat alırdılar!", - İsmayılov deyib.

Onun sözlərinə əsasən, bazarda qeyri-qanuni mühacirlər də olmayıb:

"İşləyənlərin 85%-i rusiyalılar idi, 15%-i – çinlilər. Tək İvanovodan 100 istehsalçı var idi!".

İsmayılov Lujkovun bu məsələlərdəki rolu haqqında sualı da cavablandırıb:

"Lujkovun bazarla nə əlaqəsi? O, şəhərin meri idi. Bu torpaq isə federal mülkiyyət idi. Mən torpağı federallardan icarəyə götürmüşdüm. Lujkovun buna heç bir dəxli yoxdur! O həmişə bazarlara qarşı olub...

Amma ticarət departamentinin rəhbərini bizim bazara göndərəndən sonra fikrini dəyişdi. O gəlib gördü ki, bizim kafe və restoranlar Avropa standartlarına uyğundur. Bizdə olan tualetlər bu gün də Moskvada yoxdur!"

  • Əvvəlki

    “Özəl klinikalarda qəsdən vaxtından əvvəl keysəriyyə edirlər ki, …” - HƏKİMDƏN ŞOK AÇIQLAMA

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0