USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda aparılan tikinti işlərinin xərci - AÇIQLANDI

30.11.2018 İnşaat və Əmlak
0 0
2018-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhərində Yüksəkgərginlikli avadanlıqlar zavodu, 110/35/10 kilovoltluq “Yasamal-1” və “Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binası, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, Bona Dea Beynəlxalq Hospitalı, “Dinamo” oteli, Respublika Narkoloji Mərkəzi, Abşeron Logistika Mərkəzi, Bakı Kitab Mərkəzi, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı istifadəyə verilib.

"Kommersant.az" xəbər verir ki, 2018-ci ilin yanvar-oktyabr aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10013,2 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,3 faiz az vəsait yönəldilmişdir. Ümumi sərmayənin 57,0 faizi dövlət, 43,0 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 67,1 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. 2018-ci ilin yanvar-oktyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 67,7 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,2 faizini əsaslı təmir, 4,5 faizini cari təmir, 20,6 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 81,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirilib.

  • Əvvəlki

    20 dərəcə şaxta, qar, sulu qar... - Dekabrın HAVA PROQNOZU

Digər xəbərlər

28.03.2024 İnşaat və Əmlak
Bakıda bu evlər bahalaşıb
0 0