Kirayə mənzil və obyektlər bahalaşıb

06.12.2018 İnşaat və Əmlak
Bakıda oktyabr ayında kirayə mənzil və ticarət obyektləri bazarında qiymətlərdə artım müşahidə olunub.

Bunu "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

N.İbrahimovun sözlərinə görə, kirayə mənzil bazarında qiymətlərdə 2.45 faiz artım qeydə alnıb. Ekspert bildirib ki, kommersiya obyektlərinin icarə qiymətlərində isə 2.66 faiz artım müşahidə olunub.

N.İbrahimov əlavə edib ki, metro stansiyalarına yaxın ərazilərdə 1 və 2 otaqlı kirayə mənzillərə tələbat daha çoxdur.

Qeyd edək ki, paytaxtda kirayə mənzil bazarında bahalaşma avqustdan başlayaraq kəskin müşahidə olunub.

Ekspertin sözlərinə görə, kirayə mənzil bazarında qiymətlərin artması xüsusən həmin dövrdə tələbələrin axını ilə bağlı olub. Belə ki, sentybarda ali təhsil müəssisələrində dərslərin başlaması ilə paytaxtda regionlardan gələn tələbələrin sayında artım müşahidə olunur. Bu səbəbdən isə əsasən ali təhsil müəssisələrinin yerləşdiyi ərazilərə yaxın mənzillərdə kirayə qiymətləri daha yüksək olur. Onun sözlərinə görə, tendensiya oktyabr ayında da davam edib.

  • Əvvəlki

    Dolların sabaha olan məzənnəsi

Digər xəbərlər

06.12.2018 İnşaat və Əmlak
"Akkordun"un rəhbəri işdən çıxdı
0 0
04.12.2018 İnşaat və Əmlak
Prezident ipoteka ilə bağlı fərman imzaladı
0 0