USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əlillərin və şəhid ailələrinin mənzillə təmin edilməsi müddəti 10 il artırıldı

26.01.2019 İnşaat və Əmlak
0 0
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi 2028-ci ilədək davam edəcəkdir.

"Kommersant.az" xəbər verir ki, bu gün Prezidentin imzaladığı Sərəncam ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamda dəyişiklik edilib.

Dəyişikliyə görə, "2014-2018-ci” sözləri “2014-2028-ci” sözləri ilə, “2015-2018-ci” sözləri “2015-2028-ci” sözləri ilə əvəz edilib.

2028-ci ildək dövlət büdcəsində bu məqsədlə vəsait nəzərdə tutulacaqdır.

  • Əvvəlki

    Ramil Usubov iki rəisi Lənkərana göndərdi - FOTO

Digər xəbərlər

28.03.2024 İnşaat və Əmlak
Bakıda bu evlər bahalaşıb
0 0