İpoteka və Kredit Zəmanət Fondu bu ili 6 mln. manata yaxın mənfəətlə başa vurub

02.06.2018 İnşaat və Əmlak
İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) cəmi aktivləri bu il aprelin 1-nə 1 071,801 mln. manat təşkil edib.

"Kommersant.Az" Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 11,8% çoxdur.

İKZF-nin aktivlərinin 67,6%-ni və yaxud 724,42 mln. manatını ipoteka kreditləri təşkil edib. Yanvar-mart aylarında Fondun kredit portfeli, təxminən, 6% böyüyüb.

Hesabat dövründə İKZF-nin cəmi öhdəlikləri 1,4% artaraq 553,049 mln. manata çatıb, o cümlədən borc öhdəlikləri 1,3% azalaraq 531,612 mln. manata düşüb. Fondun zəmi kapitalı isə 25,55% artaraq 518,752 mln. manat, o cümlədən nizamnamə kapitalı “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi hesabına 27,3 % (100 mln. manat ) artaraq 466 mln. manat olub.

Bu ilin I rübündə İKZF-nin faiz gəlirləri 11,12 mln. manat, faiz xərcləri 4,051 mln. manat, dəyərsizləşmə üzrə zərəri 417 min manat, haqq və komissiya xərcləri 189 min manat, digər gəlirləri 196 min manat, insan resursları üzrə xərcləri 646 min manat, inzibati və digər xərcləri isə 450 min manat təşkil edib. Son nəticədə Fond rübü 5,562 mln. manat mənfəətlə başa vurub.

  • Əvvəlki

    Yunker: “Rusiya ilə əvvəlki əlaqələri bərpa etmək lazımdır”

Digər xəbərlər

06.12.2018 İnşaat və Əmlak
Kirayə mənzil və obyektlər bahalaşıb
0 0
06.12.2018 İnşaat və Əmlak
"Akkordun"un rəhbəri işdən çıxdı
0 0
19.11.2018 İnşaat və Əmlak
"AAAF Park"dan daha bir özbaşınalıq
0 0
19.11.2018 İnşaat və Əmlak
Mənzil bazarında qiymətlər bahalaşıb
0 0