Bakının Baş Planının hazırlanmasına beynəlxalq ekspertlər cəlb olunacaq

2 İyun 20:30 İnşaat və Əmlak
Bakı şəhərinin Baş Planının hazırlanması işləri davam etdiriləcək.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətindən "Kommersant.Az"-a bildirilib ki, 2011-2016-cı illər ərzində komitənin sifarişi ilə “Böyük Bakının Regional İnkişaf Planı” və onun əsasında “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı”nın layihəsi hazırlanıb. “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı” Bakının Baş Planı kimi təqdim edilsə də, onun aidiyyəti üzrə razılaşdırılması tamamlanmayıb, sənəd Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilməyib.

Baş Planın əsas şəhərsalma sənədi olduğunu və paytaxtın sistemli və davamlı inkişafı üçün strateji əhəmiyyət daşıdığını nəzərə alaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi başlanılmış işlərin sona çatdırılmasına xüsusi önəm verir.

Bakının Baş Planının hazırlanması istiqamətində bu günədək görülmüş işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dərindən araşdırılaraq, hərtərəfli qiymətləndiriləcək. Qiymətləndirmə başa çatdıqdan sonra Bakı şəhərinin Baş planının hazırlanması işləri davam etdiriləcək. Həmin sənədin Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin tələblərinə tam cavab verməsi və dünya təcrübəsinə uyğunluğu təmin ediləcək. Bu prosesə yerli mütəxəssislərlə yanaşı, nüfuzlu beynəlxalq ekspertlərin də cəlb olunması planlaşdırılır.

Bakı şəhərinin Baş Planının hazırlanması işi tam həcmdə yekunlaşdıqdan sonra, sənəd aidiyyəti təşkilatlarla razılaşdırılacaq və təsdiq olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunacaq.

  • Əvvəlki

    Gömrük Komitəsinin sədri “Samur” gömrük postundakı mövcud vəziyyətlə tanış olub

Digər xəbərlər

17 Avqust 18:12 İnşaat və Əmlak
Lənkəranda yol tikintisinə 9,1 milyon manat - SƏRƏNCAM
0 0
16 Avqust 10:42 İnşaat və Əmlak
Bakıda kirayə evlər bahalaşıb - EKSPERT
0 0
15 Avqust 14:28 İnşaat və Əmlak
Türkiyədə mənzil alan azərbaycanlıların sayı artıb
0 0
26 İyul 18:54 İnşaat və Əmlak
Bakıda 20 milyona ərazi satılır - FOTO
0 0
25 İyul 11:52 İnşaat və Əmlak
Daha bir bank ipoteka krediti vermək hüququna malik oldu
0 0