Azərbaycanda dövlət rüsumları artırılır

6 İyun 10:42 İnşaat və Əmlak
Daşınmaz əmlakın və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi və yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün dövlət rüsumları dəyişdirilir.

"Kommersant" bu barədə “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyə istinadən xəbər verir.

Belə ki, müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə, rüsum Bakı şəhəri üzrə 200 manatdan 250 manata qaldırılır. Bu dövlət rüsumunun Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə 70%-i, digər regionlar üzrə isə 50%-i məbləğində ödəniləcək.

Qeyd edək ki, hazırda rüsum Bakı şəhəri üzrə 200 manat, digər şəhər və rayonlarda isə 80 manatdır.

Layihəyə əsasən, müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə dövlət rüsumu 20 manat səviyyəsində saxlanılıb.

  • Əvvəlki

    Dünya birjalarında - NEFTİN QİYMƏTİ

Digər xəbərlər

19 Noyabr 12:02 İnşaat və Əmlak
"AAAF Park"dan daha bir özbaşınalıq
0 0
19 Noyabr 10:00 İnşaat və Əmlak
Mənzil bazarında qiymətlər bahalaşıb
0 0
16 Noyabr 21:19 İnşaat və Əmlak
Bakıda evlər bahalaşmağa başlayıb - SƏBƏB
0 0
12 Noyabr 10:30 İnşaat və Əmlak
57,8 milyard dollarlıq razılaşma və Azərbaycanın payı
0 0
6 Noyabr 12:07 İnşaat və Əmlak
"Fiat Doblo" 3500 manata satıldı
0 0
5 Noyabr 14:24 İnşaat və Əmlak
“Kütləvi çıxarış” Sumqayıtda olub
0 0
5 Noyabr 10:59 İnşaat və Əmlak
Poliklinika hərraca çıxarıldı
0 0